MTRŞ: Teleradio yayımçılarına verilmiş lisenziyalar müddətsiz hesab olunub

mtrs teleradio yayimcilarina verilmis lisenziyalar muddetsiz hesab olunub

““Mədəniyyət” telekanalı, Araz FM radiosu və yerdə qalan bütün teleradio yayımçılarına verilmiş xüsusi razılıq (lisenziya) sənədləri müddətsiz hesab edilib”. Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

 

Onun sözlərinə görə, bütün teleradio yayımçılarına verilmiş xüsusi razılıq (lisenziya) sənədləri “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən müddətsiz hesab edilib. 

 

Qeyd edək ki, MTRŞ-nın 22 oktyabr 2010-cu il tarixli qərarı ilə “Mədəniyyət” telekanalına televiziya yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya), 18 yanvar 2011-ci il tarixli qərarı ilə “ARAZ” MMC-yə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan seudiyye erebistani qeter ve kuveyte sefer edecek
    Ərdoğan Səudiyyə Ərəbistanı, Qətər və Küveytə səfər edəcək...
  • masallida vaz asib surucu xesaret alib
    Masallıda "VAZ" aşıb, sürücü xəsarət alıb
masallida vaz asib surucu xesaret alib masallida vaz asib surucu xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ