MTRŞ yeni xəbər telekanalının yerüstü yayıma başlayacağı vaxtı açıqlayıb

mtrs yeni xeber telekanalinin yerustu yayima baslayacagi vaxti aciqlayib

"İxtisaslaşmış (xəbər) televiziya kanalının yerüstü yayımı sentyabr-oktyabr aylarına planlaşdırılır".

Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri, professor İsa Məmmədov deyib.

O bildirib ki, ixtisaslaşmış (xəbər) televiziya kanalı ARB 24 adı altında peykdən yayımlanır: "ARB 24-ün yerüstü yayımı isə sentyabr-oktyabr aylarında 31-ci TV yayım kanalında aparılacaq. Hazırda 31-ci TV kanalında CBC Sport HD və Xəzər TV HD yayımlanır".

Şöbə müdiri qeyd edib ki, hazırda TV vericisinin gücü 1 kVt-dır: "Xəbər telekanalı fəaliyyətə başlayana qədər bu güc 2 kVta qədər artırılacaq".

Qeyd edək ki, MTRŞ “Türkel TV” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan edib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
  • azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir
    Azərbaycanda keçiriləcək “Dəniz Kuboku”na hazırlıq işləri ap...
azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267