Nikol Paşinyan: "Rusiya və Ermənistan strateji müttəfiq olaraq qalacaq"

nikol pasinyan rusiya ve ermenistan strateji muttefiq olaraq qalacaq

“Biz Rusiyanı strateji müttəfiq sayırıq və bizim hərəkatımız buna təhlükə yaratmır. Əgər mən baş nazir seçilsəm, Ermənistan Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalacaq”.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistan parlamentinin xüsusi iclasında çıxış edən “Yelk” (Çıxış) fraksiyasının baş nazir vəzifəsinə namizədi Nikol Paşinyan bildirib.

 

N. Paşinyan xalqın qələbəsinin oğurlanmasına yol verməmək üçün öz tərəfdarlarını yenidən küçələrə çağırıb. O, hakimiyyətdəki Respublikaçılar Partiyasına müraciətlə deyib: “Siz Ermənistandakı vəziyyəti anlamadınız və anlamırsınız. Xəbərdarlıq edirəm ki, xalq hərəkatının tolerantlığı siyasi sunami ilə nəticələnə bilər. Xalqa üzümü tutaraq deyirəm: evdə oturmayın, Respublika Meydanına axışın və şəhərlərin küçələrini doldurun. Küçələrə çıxın”.   

 

Qeyd edək ki, 105 deputatdan ibarət Ermənistan parlamentində baş nazir seçilmək üçün 53 səs lazımdır. N. Paşinyan indiyədək 47 deputatın dəstəyini alıb və Respublikaçılar Partiyasından azı 6 deputatın dəstəyinə ehtiyacı var.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267