Rauf Talışinski ilə vida mərasiminin keçiriləcəyi vaxt bilinib

rauf talisinski ile vida merasiminin kecirileceyi vaxt bilinib

“Exo” qəzetinin baş redaktoru Rauf Talışinski ilə vida mərasimi sabah saat 14.00-da Təzəpir məscidində keçiriləcək.

 

Bu barədə APA-ya Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov məlumat verib.

 

Mətbuat Şurasının sədri qeyd edib ki, vida mərasimindən sonra mərhum “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

 

Qeyd edək ki, R.Talışınskinin meyiti bu gün səhər xadimə tərəfindən Bakıdakı evində tapılıb.

 

R. Talışınski evdə tək olub. Meyitin ilkin ekspertizasının nəticəsi olaraq R.Talışinskinin ürəyin kardioskleroz, ateroskleroz, beyində insult əlamətləri aşkar edilib.

 

Ölüm səbəbinin də bu xəstəliklər olduğu ehtimal edilir.

 

Yekun nəticə isə iki həftədən sonra laborator müayinələrdən sonra bəlli olacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267