APA informasiya agentliklərinin Sankt-Peterburqda keçirilən sammitində təmsil olunub

Sankt-Peterburqda informasiya agentliklərinin sammiti keçirilib.

 

APA-nın Rusiya bürosunun məlumatına görə, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən sammitdə dünyanın 30-a yaxın aparıcı informasiya agentliklərinin rəhbərlikləri və nümayəndələri iştirak ediblər.

 

TASS İnformasiya agentliyinin təşkilatçılığı ilə keçirilən sammitə ABŞ, Azərbaycan, Belarus, Ermənistan, Bolqarıstan, Böyük Britaniya, Vyetnam, Almaniya, Misir, İran, İspaniya, İtaliya, Yaponiya və digər ölkələrin aparıcı xəbər agentliklərinin nümayəndələri qatılıblar.

 

Sammitin moderatorları TASS İnformasiya Agentliyinin baş direktor müavini Mixail Qusman və Britaniyanın “Press Association” agentliyinin icraçı direktoru Klayv Marşal olub.

 

Azərbaycanı sammitdə AZƏRTAC Dövlət İnformasiya Agentliyi, APA və “Report” informasiya agentlikləri təmsil edib.

 

“Gələcəyin jurnalistikası” şüarı altında keçirilən sammitdə müzakirə edilən mövzulardan biri feyk (uydurma) məlumatların yayılmasının qarşısını almaq üçün mexanizmlərin yaradılması olub. TASS agentliyinin baş direktoru Sergey Mixaylov media resurslarında feyk məlumatların yayılmasının qarşısını almaq üçün mexanizmlərin yaradılmasının vacibliyini vurğulayıb: “Çoxdandır ki, KİV-lər sosial şəbəkələrdən informasiya mənbəyi kimi istifadə edir. İstifadəçilər bir çox hadisələr haqqında məlumatı KİV-dən daha tez sosial şəbəkələrdən alırlar. Sosial şəbəkələri inkar etmək mümkün deyil, düzgün də deyil. Peşəkar medianın vəzifəsi sosial şəbəkələrdən maksimum xeyir götürməyi öyrənməkdir”.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267