TASS-ın baş direktoru: “Bu Konqresin Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq xəbər arenasında oynadığı rolla bağlıdır”

tass in bas direktoru bu konqresin azerbaycanda kecirilmesi olkenin beynelxalq xeber arenasinda oynadigi rolla baglidir

“İnanıram ki, Dünya Xəbər Agentlikləri Konqresinə rəhbərlik edəcək “Azərtac”ın baş direktoru Aslan Aslanov bu vəzifənin öhdəsindən layiqincə gələcək”.

 

APA-nın məlumatına görə, bu sözləri Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxış edən Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə Ərəbistanının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn deyib. O bildirib ki, Dünya Xəbər Agentlikləri Konqresində çox əhəmiyyətli mövzular müzakirə ediləcək.

 

OANA-nın prezidenti, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov qonaqpərvərliyinə görə Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan xalqına təşəkkür edib: “Bu Konqresin məhz Azərbaycanda keçirilməsi Azərbaycanın beynəlxalq xəbər arenasında oynadığı rolla bağlıdır”.

 

S. Mixaylov TASS agentliyinin OANA ilə sıx işlədiyini nəzərə çatdırıb.

 

Azərbaycana inkişaf yolunda uğurlar arzulayan Avropa Xəbər Agentlikləri Alyansının (EANA) və İsveçin TT agentliyinin prezidenti Yonas Erikson bu gün dünyada müharibə, miqrasiya proseslərinin baş verdiyini xatırladıb: “Buna görə də etibarlı xəbərlər platforması çox vacibdir. Bu gün dünya əhalisi yeni rəqəmsal vasitələrlə xəbərlər əldə edirlər. İnanıram ki, iki gün ərzində çox səmərəli müzakirələrimiz olacaq, bir çox məsələlər həllini tapacaq”.

 

Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) prezidenti, Küveyt Xəbər Agentliyinin (KUNA) baş direktoru Şeyx Mübarək İbrahim Əl-Sabah Azərbaycan prezidentinin tədbirin açılışında iştirakının tədbirin əhəmiyyətini daha da artırdığını vurğulayıb: “Bu konfransın məqsədi tərəfsiz, obyektiv xəbərlərin yayılmasını artırmaq, insanlara dünyada baş verən mühüm hadisələrin mahiyyətini anlamağa kömək etməkdir. Konqres xalqları sülhə çağırır. Dözümlülüyün, tolerantlığın yayılması sahəsində bizim də böyük məsuliyyətimiz var”.

 

“Azərtac”ın baş direktoru Aslan Aslanov qeyd edib ki, dünyanın informasiya siyasətinin istiqamətini müəyyənləşdirən agentliklərin rəhbərləri Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə ölkəyə gəliblər: “Azərbaycanı yüksək aktor səviyyəsinə yüksəltdiyinə, bu tədbirə xüsusi diqqət yetirdiyi üçün prezident İlham Əliyevə təşəkkür edirəm. Tədbirə dəstəklə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm".

 

A. Aslanov nəzərə çatdırıb ki, Azərbaycan Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edir: “21 əsr keyfiyyətcə yeni bir dövrdür. İKT-nin sürətli inkişafı nəticəsində KİV sürətli transformasiyaya məruz qalıb. Texnoloji tərəqqi dünya axarının nizamını dəyişir və medianı da öz arxasınca aparır. Yeniliyə qarşı müqavimət göstərmək yox, onunla ayaqlaşmaq lazımdır. Xəbər agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi vacibdir”.

 

Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın “Press Association” agentliyinin baş icraçı direktoru Klayv Marşal deyib ki, bu gün mobil vasitələrlə xəbərlərin yayılması, reklam bazarının "Google" və "Facebook"un nəzarətində olması reallığı var: “Son 12 ildə peşəkar vəzifələrini yerinə yetirən 800-dən çox jurnalist öldürülüb. Eyni zamanda, çoxlu sayda jurnalist həbs edilir. Jurnalistlərin azadlıqda olması vacibdir”.

 

Avstraliyanın PwC əyləncə və media şirkətinin redaktoru Meqan Brounlou bu gün xəbər agentliklərinin ən canlı orqanizm olduğunu və dünyada baş verən dəyişiklikləri ən tez hiss etdiyini vurğulayıb: “Bu gün xəbər çox qısa və vizualdır. İkinci, bu gün rəqəmsallaşma davam edir, mobil cihazlarla xəbərlər verilir. Xəbərlərdə məzmun dəqiq olmalıdır. Bu gün yaxşı xəbər vermək üçün 8 saniyə kifayət edir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida 39 yasli kisi ozunu denize ataraq intihar edib
    Bakıda 39 yaşlı kişi özünü dənizə ataraq intihar edib...
  • canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya
    Canavarlar Zərdabda mal-qaraya hücum edib - FOTOSESSİYA
canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ