Tbilisidə "Media və ifadə azadlığında müxtəlif çağırışlar" mövzusunda konfrans keçirilir

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın paytaxtı Tbilisidə "Media və ifadə azadlığında müxtəlif çağırışlar" mövzusunda XIII Cənubi Qafqaz konfransı başlayıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə ATƏT-in media azadlığı məsələləri üzrə baş məsləhətçi Andrey Rixter çıxış edərək tədbirin məram və məqsədi haqqında iştirakçılara ətraflı məlumat verib.

ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Dünya Miyatoviç bildirib ki, konfransın gedişatında region KİV-i üçün aktual məsələlər müzakirə ediləcək.

 

Gürcüstan xarici işlər naziri Mixail Canelidze çıxışında Cənubi Qafqazın azad sözün mübadiləsində azad platforma olduğunu bildirib: "Hər il ənənəvi olaraq Gürcüstanda keçirilən bu konfransda Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələri iştirak edir. Bu gün biz ifadə azadlığı məsələlərini müzakirə edəcəyik. Bu məsələdə xanım Dunya Miyatoviçin rolu böyükdür".

 

Qeyd edək ki, tədbirdə Cənubi Qafqaz və müxtəlif ölkələrin media nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, beynəlxalq ekspertlər, ATƏT-in KİV məsələləri üzrə bürosunun nümayəndəliyi iştirak edir.

 

Konfransda Azərbaycanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Kamran Həsənov, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və müxtəlif KİV təmsilçiləri iştirak edirlər.

Sonra tədbir sessiyalarla davam edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda dovriyyeye 200 manatliq eskinaslar buraxilir yenilenib
    Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinaslar buraxılır - ...
  • dovlet reklam agentliyi yeni avtomobiller alib
    Dövlət Reklam Agentliyi yeni avtomobillər alıb
dovlet reklam agentliyi yeni avtomobiller alib dovlet reklam agentliyi yeni avtomobiller alib +2
MƏZƏNNƏ
FOREX
/ 23 May, 2018

USD
1.7
 
EUR
2.0001
 
RR
0.0277