Türkiyə səfiri Mətbuat Şurasında olub

turkiye sefiri metbuat surasinda olub

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Mətbuat Şurasında (MŞ) olub. Şuradan APA-ya verilən məlumata görə, MŞ sədri, deputat Əflatun Amaşov Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı yüksək statusunun qazanılmasında medianın rolunun əhəmiyyətli olduğunu qeyd edib.

 

Ə. Amaşov bildirib ki, hər iki ölkənin türk xalqlarının inteqrasiyası ilə bağlı həyata keçirdiyi işlərdə kütləvi informasiya vasitələri son dərəcə fəaldır.

 

E. Özoral rəhbərlik etdiyi diplomatik missiyanın fəaliyyətində media ilə təmasların hər zaman aktual əhəmiyyət daşıdığını deyib.

 

Səfir bildirib ki, hər iki ölkə jurnalistləri arasında əlaqələri daha da möhkəmləndirmək üçün qarşılıqlı səfərlərin sayını, ortaq məqsəd və mənafelərin qorunmasında medianın rolunu artırmağa yönələn müzakirələrin təşkili mütləqdir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:36 27 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • quba qusar yolunda iki avtomobil toqqusub iki nefer olub bes nefer xesaret alib yenilenib
    Quba-Qusar yolunda iki avtomobil toqquşub, iki nəfər ölüb, b...
  • azerbaycan ve ozbekistan arasinda demir yolu sahesinde emekdasliga dair protokol imzalanib
    Azərbaycan və Özbəkistan arasında dəmir yolu sahəsində əməkd...
azerbaycan ve ozbekistan arasinda demir yolu sahesinde emekdasliga dair protokol imzalanib azerbaycan ve ozbekistan arasinda demir yolu sahesinde emekdasliga dair protokol imzalanib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7201
 
EUR
1.8654
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ