Türkiyədə Azərbaycan əleyhinə fəaliyyət göstərən şəbəkəyə qarşı mübarizəyə başlanılıb

turkiyede azerbaycan eleyhine fealiyyet gosteren sebekeye qarsi mubarizeye baslanilib

Türkiyənin rəsmi dövlət qurumları bir neçə gün öncə Azərbaycan əleyhinə fəaliyyəti ilə tanınmış “kurultay.com.tr” adlı internet qəzetinin fəaliyyətini dayandırıb.

 

APA-nın Türkiyədəki mənbələrdən əldə etdiyi məlumata görə, internet qəzetinin baş redaktoru, eyni zamanda “Azadlıq” qəzetinin Ankara təmsilçisi Aydın Taşın jurnalist vəsiqəsi də ləğv edilib.

Türkiyənin rəsmi dövlət qurumları bir neçə gün öncə Azərbaycan əleyhinə fəaliyyəti ilə tanınmış “kurultay.com.tr” adlı internet qəzetinin fəaliyyətini dayandırıb.

Mənbə əlavə edib ki, internet qəzetin fəaliyyətinin dayandırlmasına səbəb burda Azərbaycan xalqı və dövləti haqqında həqiqətə uyğun olmayan, qərəzli informasiyaların yayımının olmasıdır.

 

Məlumata görə, Türkiyədə bu cür fəaliyyəti davam etdirən, həmçinin "erməni diasporu və bəzi xarici dairələr tərəfindən idarə olunan, təlimatlandırılan və Azərbaycana qarşı yönəldilən digər media orqanları və jurnalistlərə" qarşı da ciddi tədbirlərin həyata keçirilməsinə başlanılıb. Artıq onlardan bir neçəsinə bu fəaliyyətləri ilə bağlı ciddi xəbərdarlıq edilib.

 

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyəyə səfər edərək aidiyyəti qurumların rəhbərləri və səlahiyyətli nümayəndələri ilə görüşüb. Görüşlərdə daxili siyasi məsələlər, o cümlədən xaricdən idarə olunaraq hər iki ölkənin əleyhinə fəaliyyət göstərən qruplarla bağlı ciddi müzakirələr aparılıb. Hazırda Türkiyədə anti-Azərbaycan şəbəkənin neytrallaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərin də aparılmış müzakirələrin nəticəsi olduğunu deməyə əsas verir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:12 25 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • imtahandan qayidan neftcalali abituriyent itkin dusub
    İmtahandan qayıdan neftçalalı abituriyent itkin düşüb
  • mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib
    Mingəçevirdə avtomobil qəzasında iki nəfər xəsarət alıb...
mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyul, 2017

USD
1.7012
 
EUR
1.9839
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ