Yeni Azərbaycan Partiyasında Mətbuat günü münasibətilə tədbir keçirilib

Bakı. Mübariz Aslanov - APA. Yeni Azərbaycan Partiyasının (YAP) qərərgahında 22 iyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

 

APA-nın məlumatına görə, YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov Azərbaycanın Dağlıq Qarabağ problemi, bir milyondan artıq qaçqın və məcburi köçkünü olduğunu xatırladıb, KİV-in bütün bu məsələlərin işıqlandırılmasında, dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını deyib.   

 

O qeyd edib ki, mətbuatın bayramı ümumxalq bayramdır: "Hər kəs ilk olaraq məlumatı mətbuat vasitəsi ilə alır. Bu yaxınlarda Türkiyə hərbi çevrilişə cəhd ilə əlaqədar mətbuatın rolunu gördük. Polisin, xalqın nə qədər gücü varsa, mətbuatın ikiqat gücü var".

 

S.Novruzov bildirib ki, 90-cı illərdə Azərbaycanda dövlət çevrilişinə cəhd olunanda ümumilli lider Heydər Əliyev mətbuat vasitəsilə xalqa müraciət edib və çevrilişə cəhdin qarşısı alınıb: "Belə məsələlərdə mətbuatın rolu əvəzolunmazdır. Dövr inkişaf edir və mətbuat da zaman keçdikcə təkmilləşir. Onun sözlərinə görə, Azərbaycanda dövlət mətbuata kifayət qədər dəstək göstərir.

 

Sonda YAP adından bir sıra jurnalistlər mükafatlandırılıb. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda dovriyyeye 200 manatliq eskinaslar buraxilir yenilenib
    Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinaslar buraxılır - ...
  • dovlet reklam agentliyi yeni avtomobiller alib
    Dövlət Reklam Agentliyi yeni avtomobillər alıb
dovlet reklam agentliyi yeni avtomobiller alib dovlet reklam agentliyi yeni avtomobiller alib +2
MƏZƏNNƏ
FOREX
/ 23 May, 2018

USD
1.7
 
EUR
2.0001
 
RR
0.0277