ABŞ səfiri Kürdəmirə səfər edib

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Kürdəmir rayonuna səfər edib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, səfir R. Sekuta və Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov 40 məcburi köçkün gənc üçün Karyera Gününün açılışını keçiriblər. Açılışda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri də iştirak ediblər.
 

Sonra səfir Kürdəmir Amerika Mərkəzinə gedərək Karyera Gününün gənc iştirakçıları ilə bir araya gəlib. R. Sekuta çıxışında azərbaycanlılara yeni imkanlar və güclü karyeralar qurmaqda göstərdikləri səylərin bir hissəsi kimi ABŞ-ın Azərbaycandakı məcburi köçkünlərə olan uzunmüddətli öhdəliklərini vurğulayıb. O, 1991-ci ildən ABŞ-ın Azərbaycana 1,3 milyard dollardan çox yardım göstərdiyini və bunun 125 milyon dollarının məcburi köçkünlərə ayrıldığını söyləyib.

 

Daha sonra səfirlik Kürdəmir Amerika Mərkəzinə texnoloji avadanlıqlar hədiyyə edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
  • agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib
    Ağdaşda tərəvəz sahəsində narkotik yetişdirən iki qardaş həb...
agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272