Ağsaqqallar Şurası imkansız ailələrin uşaqları üçün xeyriyyə tədbiri keçirib

Bakıda Azərbaycan Ağsaqqallar Şurasının “Bizə uzanan əllər...” layihəsi çərçivəsində imkansız ailələrin uşaqları üçün xeyriyyə tədbiri keçirilib.

 

APA-nın məlumatına görə, xeyriyyə tədbirində 30-dan artıq imkansız ailələrin uşaqlarına müxtəlif hədiyyələr verilib, onlar üçün musiqi proqramı təşkil edilib.

 

Azərbaycan Ağsaqqallar Şurasının məclis üzvü Mail Əliyev xeyriyyə tədbirinin əhəmiyyətindən danışıb, layihənin 2006-cı ildən keçirildiyini və artıq ənənənə halını aldığını deyib: “Bu layihə “Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə yaranıb. On ildən çox davam edən layihə çərçivəsində təşkil olunan tədbirlərdə az imkanlı, yaxud valideyn himayəsindən məhrum olan ailələrin uşaqları sevinir, onlar üçün musiqi proqramı, əyləncə tədbirləri təşkil olunur. Biz aztəminatlı ailələrə öz qayğımızı bundan sonra da göstərəcəyik, hər zaman onların yanında olacağıq”.

 

Azərbaycan Ağsaqqallar Şurasının mətbuat xidmətinin əməkdaşı, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktor müavini Şərafət Şəfa “Bizə uzanan əllər...” xeyriyyə tədbirlərinin təkcə şəhər daxilində deyil, cəbhə bölgələrində də təşkil olunduğunu diqqətə çatdırıb: “Əsasən valideynsiz əsgərləri hədəf seçmişik. Eyni zamanda qocalar və körpələr evini tez-tez ziyarət edirik. Bu bizim vətəndaşlıq borcumuzdur. Bugünkü tədbiri keçirməkdə məqsədimiz də körpələrin qəlbinə kiçik sevinc bəxş etməkdir. Sağ olsunlar, xeyirxah insanlar, müxtəlif şirkətlər. Onları hər zaman öz yanımızda görürük, bizə yaxından dəstək verirlər”.

 

Tədbir konsert proqramı ilə davam etdirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 16 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq
    Azərbaycanda istehsal və ixrac potensialı olan məhsullar üzr...
  • metropoliten c memmedquluzade kucesinde cokmenin sebebini mueyyenlesdirmek ucun is aparilir
    Metropoliten: C.Məmmədquluzadə küçəsində çökmənin səbəbini m...
metropoliten c memmedquluzade kucesinde cokmenin sebebini mueyyenlesdirmek ucun is aparilir metropoliten c memmedquluzade kucesinde cokmenin sebebini mueyyenlesdirmek ucun is aparilir +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272