Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi cərimələnib

agsu suvarma sistemleri idaresinin reisi cerimelenib

Şikayət yerində araşdırılıb
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağsuçayın Ağsu şəhəri ərazisindən keçən hissəsində, Natəvan küçəsində və Ülgüc kəndinə gedən yolun sağ tərəfində tullantıların qalaqlanması nəticəsində antisanitar vəziyyətin yaranması ilə bağlı şikayət daxil olub. Şikayət nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.


ETSN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sözügedən ərazilərə keçirilən baxış zamanı bərk mənşəli müxtəlif tərkibli tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunmadığı və qalaqlandığı aşkar edilib. Faktla bağlı sözügedən ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 4000 manat məbləğində cərimə edilib.


Yol verilmiş qanun qozuntularının aradan qaldırılması, ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün Ağsu rayon Suvarma Sistemləri İdarəsinin, eləcə də Ağsu Kommunal Müəssisələr Kombinatının və Ağsu şəhər bələdiyyəsinin rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • banm ve bmt nin unitar teskilati arasinda memorandum imzalanib
    BANM və BMT-nin UNITAR təşkilatı arasında memorandum imzalan...
  • muhendis qosunlarinin telimi kecirilir
    Mühəndis Qoşunlarının təlimi keçirilir
muhendis qosunlarinin telimi kecirilir muhendis qosunlarinin telimi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267