Azərbaycan əhalisinin sayı açıqlanıb

azerbaycan ehalisinin sayi aciqlanib

Ölkə əhalisinin sayı ilin əvvəlindən 57 min 269 nəfər və ya 0,6% artaraq 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 867 min 250 nəfərə çatıb.

 

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Əhalinin ümumi sayının 53%-ni şəhər, 47%-ni kənd sakinləri, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

 

Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 95 min 395, yaxud hər gün orta hesabla 393 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 53%-i oğlan, 47%-i isə qız uşaqlarıdır. Doğulanlardan 1712-si əkiz, 33-ü üçəmdir. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir.

 

Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2 uşaq düşür.

 

Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 39 004 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6 təşkil edib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kim cen inin cine seferi baslayib yenilenib
    Kim Çen Inın Çinə səfəri başlayıb - YENİLƏNİB
  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272