Azərbaycanda hava monitorinqi Avropa təcrübəsi əsasında təkmilləşdiriləcək

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycanda Milli Ekoloji Monitorinq Sisteminin (MEMS) təkmilləşdirilməsi” adlı Tvinninq layihəsinin təqdimat mərasimi keçirilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təqdimat mərasimində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin beynəlxalq əməkdaşlıq bölməsinin rəhbəri Yeroen Villems, Finlandiya, Avstriya və Latviya Respublikalarının Azərbaycandakı səfirliyinin nümayəndələri, Finlandiyadan Üzv Dövlət üzrə Layihə Rəhbəri Harri Pietarila, həmçinin aidiyyəti dövlət qurumlarının, digər tvinninq layihələrinin nümayəndələri iştirak edib.

 

Tvinninq layihəsi Avropa təcrübəsinin öyrənilməsi sahəsində nəzəri xarakter daşıyır və Azərbaycanda ekoloji fəaliyyətin, xüsusilə hava monitorinqlərinin keyfiyyətinin nəzəri cəhətdən təkmilləşdirilməsinə xidmət edəcək.  Layihənin məqsədi strateji ekoloji siyasətin planlaşdırılması və uyğunluğa nəzarəti dəstəkləyən yüksək keyfiyyətli məlumatların təmin edilməsi və ekoloji monitorinq sisteminin gücləndirilməsi ilə Azərbaycanda ekoloji fəaliyyətin təkmilləşdirilməsindən ibarətdir. Layihə çərçivəsində ölkəmizdə ətraf mühitin monitorinqi sahəsində həyata keçirilən tədbirlər, yanaşma metodları təhlil ediləcək, müsbət dəyərlər saxlanılmaqla Avropa İttifaqının bu sahədəki qabaqcıl təcrübəsinin tətbiqi araşdırılacaq və ölkəmizdə ətraf mühitin monitorinqinin və qiymətləndirmə metodologiyalarının müasirləşdirilməsinin həyata keçirilməsi imkanları öyrəniləcək. Həmçinin layihə ekoloji məlumatların toplanması, emalı, ötürülməsi, təhlili və əlaqələndirilməsi üzrə qərar qəbulu üçün yüksək keyfiyyətli və etibarlı məlumat təmin edən informasiya sisteminin işlənib hazırlanmasında  ETSN-nə dəstək olacaq.

 

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Tvinninq layihəsinin icra müddəti 27 aydır və Avropa İttifaqına üzv dövlətlərin, o cümlədən Latviyanın Ətraf Mühit, Geologiya və Meteorologiya İnstitutu (LEGMC), Avstriyanın Ətraf Mühit Agentliyi, (UBA, Umweltbundesamt GmbH) tərəfindən dəstəklənir və Finlandiyanın Ətraf Mühit İnstitutu (SYKE) ilə əməkdaşlıq çərçivəsində Finlandiya Meteorologiya İnstitutu (FMİ) konsorsiumu tərəfindən həyata keçiriləcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • celilabadda magaza yanib
    Cəlilabadda mağaza yanıb
  • isvecrede mugam axsamlari kecirilib
    İsveçrədə muğam axşamları keçirilib
isvecrede mugam axsamlari kecirilib isvecrede mugam axsamlari kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ