Baş nazirin müavini: "Azərbaycanda icbari tibbi sığorta mərhələli, yaxud birdəfəlik tətbiq oluna bilər"

bas nazirin muavini azerbaycanda icbari tibbi sigorta merheleli yaxud birdefelik tetbiq oluna biler

"Biz Yevlax, Mingəçevir və Ağsunun timsalında icbari tibbi sığortanın uğurlu olması qənaətinə gəlmişik. Güman edirəm ki, yaxın illərdə icbari tibbi sığorta bütün ölkə miqyasında həyata keçiriləcək".
 

APA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov bildirib. 
 
Ə. Əhmədov deyib ki, icbari sığortanın hər bir rayonda həyata keçirilməsi üçün lazımi baza yaradılır: "Payızda Milli Məclisə icbari tibbi sığorta ilə bağlı yeni qanunlar, qanunlara dəyişikliklər təqdim ediləcək. Bu qanun layihələri qəbul olunduqdan sonra Azərbaycan miqyasında icbari tibbi sığortanın tətbiqi mümkün olacaq. Pilot layihələr icbari tibbi sığorta ilə bağlı bir mərhələdir. İndi biz ciddi şəkildə icbari tibbi sığortanın birdəfəlik, yaxud bir neçə mərhələ olmaqla bütün Azərbaycanda həyata keçirmək üzərində düşünürük. Güman edirəm ki, hər iki variant məqbul sayıla bilər. Çalışacağıq ki, səhvə yol vermədən və səmərəli şəkildə çox yaxın illər ərzində Azərbaycanda icbari tibbi sığorta həyata keçirilsin".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qudret qurbanov azerbaycan bayragi altinda uzen gemilerde tehlukesizliyin temin olunmasi ucun beynelxalq konvensiyalarin teleblerine ciddi riayet olunub
    Qüdrət Qurbanov: “Azərbaycan bayrağı altında üzən gəmilərdə ...
  • turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib
    TÜRKPA: Türkiyədə seçkilər beynəlxalq standartlara uyğun keç...
turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.981
 
RR
0.0269