Azərbaycanda qanunsuz ov etməyə cəhd edən Qətər vətəndaşı saxlanılıb

azerbaycanda qanunsuz ov etmeye cehd eden qeter vetendasi saxlanilib

Martın 13-də saat 14:30 radələrində Ağgöl Milli Parkının 4 nömrəli mühafizə postunun ərazisinə qanunsuz daxil olan 49-BF-118 dövlət qeydiyyat nömrə nişanlı “Niva” markalı minik avtomobili Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən  saxlanılıb.

 

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avtomobilə keçirilən baxış zamanı avtomobildə qızılquş tutmaq üçün tor, ev göyərçini, quşların yerini müəyyən etmək məqsədilə xüsusi cihazlar  aşkar edilib.

 

Araşdırma zamanı qanunsuz olaraq ova cəhd edən şəxsin Qətər vətəndaşı Saif Mubarak Al-Hajri olduğu məlum olub.

 

Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib olunub  və ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.

 

Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kim cen inin cine seferi baslayib yenilenib
    Kim Çen Inın Çinə səfəri başlayıb - YENİLƏNİB
  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272