Azərbaycanlı alimin məqaləsi nüfuzlu beynəlxalq elmi jurnalda çap edilib

azerbaycanli alimin meqalesi nufuzlu beynelxalq elmi jurnalda cap edilib

Azərbaycanlı alimin məqaləsi nüfuzlu beynəlxalq elmi jurnalda çap olunub. Məqalə Beynəlxalq İrriqasiya və Drenaj Komissiyasının rəsmi orqanı olan “İrriqasiya və Drenaj” (“Irrigation and Drainage”) jurnalının xüsusi buraxılışında çap edilən elmi tədqiqatların siyahısına daxil edilib. 

 

APA-nın məlumatına görə, aqrar elmlər üzrə elmlər doktoru Mehman Rzayevin məqaləsi jurnalın çoxsaylı məqalələri arasından qlobal ərzaq istehsalı, su ehtiyatlarının istifadəsi və idarəetmənin təkmilləşdirilməsi, daşqınlara qarşı mübarizə problemlərinə həsr edilmiş tədqiqatlar içərisindən innovativ xarakterinə və təkliflərinin əhəmiyyəli olması baxımından seçilmiş 10 məqalədən biri kimi xüsusi buraxılışa daxil edilib və tədqiqat müəllifləri isə öz sahələri üzrə yüksək səviyyəli ekspertlər kimi qiymətləndirilərək təqdim olunub. 

 

Məqalə Azərbaycanda suvarma əkinçiliyinin indiki vəziyyəti, onun əsas xüsusiyyətləri, torpaqların fraqmentləşməsi fonunda  suvarma və irriqasiya sistemlərinin idarə edilməsi, torpaq islahatlarından sonra  suvarma sistemlərinin idarəçiliyinin yerli səviyyəyə ötürülməsi ( İMT), Azərbaycanın bu sahədə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıqda həyata keçirdiyi layihələrin nəticələri və əhəmiyyəti tədqiq edilib. 

 

Həmçinin suvarma əkinçiliyinin intensiv tətbiq edildiyi 3 tip ölkələrdə, o cümlədən  mərkəzi və şərqi Avropanın və SSRİ-nin  keçmiş planlı iqtisadiyyat ölkələri, kənd təsərrüfatı ənənəvi olaraq xırda torpaq mülkiyyətçiliyinə əsaslanan inkişaf etməkdə olan ölkələr və suvarma əkinçiliyinin nisbətən yüksək texnoloji səviyyədə olduğu inkişaf etmiş ölkələrin təcrübələri ayrı-ayrılıqda təhlil edilərək Azərbaycan Respublikasında bu sahədə aparılan islahatların dünya ölkələrində baş verən indiki vəziyyətlə müqayisəsi  əsasında qiymətləndirilməsi aparılıb. 

 

Müəllif suvarma əkinçiliyinin indiki vəziyyətinə görə Azərbaycanda suvarma və meliortativ sistemlərin yerli səviyyədə idarə edilməsinin təkmilləşdirilməsi üzrə kompleks təklifləri əsaslandırıb. Onun verdiyi təkliflərin əsasını Sudan istifadə edənlər Birliklərinin institusional baxımdan möhkəmləndirilməsi, suvarılan sahələrdə baş verən  meliorativ proseslərin monitorinqin tərkibi və keçirilməsinin prinsipləri, əkin sahələrin və əkinlərin təşkili ilə bağlı məsələləri əhatə edir. 

 

Təklif edilən tədbirlər Azərbaycanda suvarmada  su və torpaq ehtiyatlarının səmərəli istifadəsi, yüksək səmərəli ekoloji baxımdan təhlükəsiz əkinçiliyin aparılmasına əlverişli şərait yaradılmasına və dövləti gələcəkdə əlavə maliyyə yüklərindən azad edilməsinə yönəlib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ikimertebeli magazada guclu yangin bas verib
    Sumqayıtda ikimərtəbəli mağazada güclü yanğın baş verib ...
  • goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib
    Göyçayda 700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzal...
goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267