Bakı Ali Neft Məktəbi ilə Misir Neft Tədqiqatları İnstitutu arasında memorandum imzalanıb

Bakı Ali Neft Məktəbi (BANM) Misir Neft Tədqiqatları İnstitutu (MNTİ) ilə elm və təhsil sahəsində əməkdaşlığa başlayacaq.

 

BANM-dən APA-ya bildirilib ki, bu məqsədlə rektor Elmar Qasımov, müəllim-professor heyəti və tələbələrin iştirakı ilə  MNTİ-nin direktoru professor Əhməd Məhəmməd Əl-Sabah və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

 

E Qasımov BANM və MNTİ arasında nəzərdə tutulan əməkdaşlıq istiqamətlərindən danışıb və bu yaranmış münasibətdə olan roluna görə Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutuna və onun nümayəndələrinə təşəkkürünü bildirib. 

 

Qeyd edək ki, razılaşmaya əsasən Ali Məktəbin müəllim-professor və tələbə heyəti bu əməkdaşlığın sayəsində neft-kimya, neft emalı, nanotexnologiya və bu istiqamətlərdə layihə və inkişaf proqramları, o cümlədən gələcəkdə doktorantların hazırlanması üzrə bəhrələnə biləcəklər.


Əhməd Məhəmməd Əl-Sabah hər iki ölkə üçün neft sektorunun və bu sahə üzrə araşdırmaların əhəmiyyətindən, daha sonra isə MNTİ-də bu istiqamətdə mümkün olan imkanlardan və şəraitdən danışıb.

 

Görüşün sonunda Ali Məktəbin professor-müəllim komandası MNTİ-nin müxtəlif şöbələrinin əməkdaşları ilə yaxından tanış olub və bu istiqamətdə fikir mübadiləsi aparıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nazirlik denizde batmis gencin cesedini xilasedici cixarib
    Nazirlik: "Dənizdə batmış gəncin cəsədini xilasedici çıxarıb...
  • sumqayitda yangin olub
    Sumqayıtda yanğın olub
sumqayitda yangin olub sumqayitda yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273