Bakıda Avropa İttifaqının DİM-lə birgə seminarı keçirilib

Bu gün Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının “Demokratiya, yaxşı idarəçilik və sabitlik üzrə” 1-ci çoxtərəfli Platforması nəzdində yaradılmış Dövlət İdarəçiliyi İslahatları Paneli çərçivəsində “Dövlət qulluğu sistemində məlumat bazalarının yaradılması və idarə edilməsi” mövzusunda seminar keçirilib.

 

APA-nın xəbərinə görə, Avropa Xarici Fəaliyyət Xidməti və Dövlət İmtahan Mərkəzinin birgə təşkil etdiyi tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov Avropa İttifaqı ilə Azərbaycan arasında inkişaf edən tərəfdaşlıq münasibətlərinin, o cümlədən Aİ tərəfindən dəstəklənən institusional quruculuq alətlərinin xüsusi əhəmiyyətindən danışıb.

 

Beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini bildirən sədr müavini Şərq Tərəfdaşlığının Dövlət İdarəçiliyi İslahatları Paneli çərçivəsində aparılan təcrübə və bilik mübadiləsinin qarşılıqlı olaraq faydasını qeyd edib: “Ölkədə dövlət qulluğu sahəsi üzrə baza yaradılıb və fəaliyyət göstərir. Biz istəyirik ki, gələcəkdə bu bazaya kadrların, dövlət qulluqçularının işi barədə bütün məlumatları əldə etməyə imkan verən yeni alətlər daxil edilsin”.

 

Avropa İttifaqının Azərbaycan bölməsinin Əməliyyatlar bölməsinin müdiri Yerun Villems isə qeyd edib ki, “Şərq tərəfdaşlığı” proqramı təcrübə mübadiləsi üçün geniş imkanlar təklif edir: “İstənilən ölkədə dövlət xidmətləri dövlətin idarəedilməsinin əsas motivi olur. Beynəlxalq təcrübə göstərir ki, dövlət xidmətlərinin genişləndirilməsi və yüksəldilməsi iqtisadi, biznes, cəmiyyət, yüksək səviyyədə inam, sosial iqtisadi inkişaf kimi çoxlu aspektlərdən asılıdır. Avropa İttifaqı “Şərq tərəfdaşlığı”nın iştirakçıları olan digər ölkələr kimi Azərbaycanda da dövlətin idarəçiliyi sahəsinə xüsusi diqqət yetirir. Avropa İttifaqı daima Azərbaycanda dövlət idarəçiliyinin gücləndirilməsi məqsədilə aparılan islahatların əsaslarını dəstəkləyir. Azərbaycanda institusional idarəetmədə hazırkı islahatların əsas bölmələrindən biri də Tviniq layihələridir. Ötən həftə Azərbaycanda Tviniq layihələrinin icrasının 10 illiyi qeyd edilib. Azərbaycanda Tvininq layihələrinin səviyyəsinin yüksəlməsi Şərq Tərəfdaşlığı çərçivəsində digər layihələr üzrə əməkdaşlığın sayının artmasına səbəb olur. Tvininq layihələri dövlətin idarəedilməsi sahəsində islahatların aparılması üçün çox vacibdir”.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin şöbə müdiri Aysel Yaqubova Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Azərbaycan-Avropa İttifaqı arasında əlaqələrin son vaxtlar müşahidə olunan müsbət dinamikası və 2017-ci ildə Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli saziş layihəsi üzrə danışıqların başlaması baxımından önəmini vurğulayıb.

 

Tədbirin davamında Dövlət İmtahan Mərkəzinin əməkdaşları “Dövlət qulluğunda məlumat bazalarının yaradılması və idarə edilməsi sahəsində mövcud vəziyyət, qarşıya çıxan problemlər barədə təqdimatla çıxış ediblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • jurnalist rasim eliyevin olumunde teqsirlendirilen sexslerin apellyasiya sikayetleri temin edilmeyib
    Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin...
  • azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir
    Azərbaycanda 17 rayonda 23 modul tipli məktəb quraşdırılır...
azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8627
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ