Bakıda qadını avtomobillə vurub öldürən polis əməkdaşının məhkəməsi başlayıb

bakida qadini avtomobille vurub olduren polis emekdasinin mehkemesi baslayib

Nərimanov Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nərimanov RPİ Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis baş serjantı Nicat İbrahimlinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

 

APA-nın xəbərinə görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. N. Məmmədov elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O deyib ki, avtomobillə hərəkətdə olarkən yola qəfil yola çıxan piyadanı görüb və avtomobili saxlamaq üçün texniki imkanı olmayıb.

 

Proses aprelin 23-də davam etdiriləcək.

 

İttihama görə, ötən il dekabrın 28-də Bakı şəhəri Nərimanov rayonu F.Xoyski – 99 ünvanında Nərimanov RPİ Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis baş serjantı İbrahimli Nicat Əfqan oğlu idarə etdiyi 10 XX 955 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomaşınla yolu keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü İdrisova Ədilə Tapdıq qızını vurub, sonuncu yolun əks tərəfində hərəkətdə olan Məmmədov Seydi Eldar oğlunun idarə etdiyi “Nissan Sentra” markalı, 90 US 078 dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsinə dəyib, nəticədə piyada Ədilə İdrisova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Qeyd edək ki, Ə. İdrisova 5 nömrəli Xəstəxanada xadimə işləyib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:40 17 İyul
09:11 17 İyul
08:57 17 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ruminiya azerbaycanlilari birliyi yaradilib
    Rumıniya Azərbaycanlıları Birliyi yaradılıb
  • yeni sefir rusiya azerbaycan munasibetleri yukselisdedir
    Yeni səfir: “Rusiya-Azərbaycan münasibətləri yüksəlişdədir”...
yeni sefir rusiya azerbaycan munasibetleri yukselisdedir yeni sefir rusiya azerbaycan munasibetleri yukselisdedir +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273