BANM-ın tələbəsi “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirak edəcək

banm in telebesi azerspace 2 peykinin orbite buraxilmasinda istirak edecek

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi “Azərspace-2” peykinin orbitə buraxılması mərasimində iştirak edəcək və ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu hadisənin canlı şahidi olacaq.

 

Azərbaycanın üçüncü peyki olacaq “Azerspace-2” peykinin buraxılması cari ilin aprel ayında  Fransız Qvianasında yerləşən Kuru kosmodromunun Qviana Kosmik Mərkəzində baş tutacaq.

 

BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin tələbəsinin ölkə üçün tarixi əhəmiyyətli mərasimdə - “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirakı üçün dəvət aldığına görə “Azərkosmos” ASC-nin rəhbərliyinə təşəkkür edib və onun bütün heyətinə uğurlar diləyib.

 

BANM ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında olan qarşılıqlı əməkdaşlıq çərçivəsində bu böyük tədbirdə iştirakı nəzərdə tutulmuş tələbə Ali Məktəbin  “Neft-qaz mühəndisliyi” ixtisasının üçüncü kurs tələbəsi olan Fərdin Vətənidir.  BANM-a 690 balla daxil olan Fərdin Vətəni Ali Məktəbin aktiv sosial-ictimai fəaliyyəti ilə fərqlənən tələbələrindəndir, eyni zamanda Prezident təqaüdçüsüdür.

 

Qeyd edək ki, 2013-cü ildə ilk peykinin orbitə çıxarılması ilə Azərbaycan dünya kosmik klubunun üzvünə çevrilmiş və ölkəmizdə kosmik sahənin əsası qoyulub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • astanada azerbaycan xalq cumhuriyyetinin 100 illik yubileyi qeyd olunub
    Astanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ...
  • fhn bakida restoranda bas vermis yanginla bagli resmi melumat yayib yenilenib 2
    FHN Bakıda restoranda baş vermiş yanğınla bağlı rəsmi məlum...
fhn bakida restoranda bas vermis yanginla bagli resmi melumat yayib yenilenib 2 fhn bakida restoranda bas vermis yanginla bagli resmi melumat yayib yenilenib 2 +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272