DİM vakant vəzifələri müsabiqəyə təqdim etməyən dövlət orqanlarının adını açıqlayıb

dim vakant vezifeleri musabiqeye teqdim etmeyen dovlet orqanlarinin adini aciqlayib

"Bəzi dövlət orqanları dövlət qulluqçularının reyestrinin aktuallığını vaxtında təmin etmir. Bununla bağlı ləngimələr var. Dövlət İmtahan Mərkəzi həmin dövlət orqanlarında vakant vəzifələr barədə vaxtında və çevik şəkildə məlumat əldə edə bilmir”.

 

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) icraçı direktoru Vəfadar Misirov dövlət qulluğuna qəbula dair mətbuat konfransında deyib. 
 
İcraçı direktor bildirib ki, dövlət qulluqçularının reyestrinin aktuallığını təmin etməyən orqanların məsul şəxsləri qanunvericiliklə məsuliyyətə cəlb olunacaqlar.

 

Dövlət qulluqçularının reyestrində 30 minə yaxın dövlət qulluqçusu barədə məlumatların toplandığını vurğulan V. Misirov qeyd edib ki, dövlət qulluqçularının reyestrində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində vakant vəzifələr görünsə də, onlar vakant vəzifələri DİM-ə təqdim etmirlər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267