DMX: Bu ilin 9 ayında 1,2 milyon əcnəbinin Azərbaycana girişi qeydə alınıb

dmx bu ilin 9 ayinda 1 2 milyon ecnebinin azerbaycana girisi qeyde alinib

"2017-ci ilin 9 ayında 2072076 halda 1243346 nəfər əcnəbinin Azərbaycana girişi, 2077544 halda isə 1 241 005 nəfər əcnəbinin ölkədən çıxışı qeydə alınıb".

 

Dövlət Miqrasiya Xidmətindən (DMX) APA-ya verilən məlumata görə, bunu DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Xidmətdə 2017-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş xidməti müşavirədə deyib.

 

F. Nəbiyev bildirib ki, 9 ayda ölkədə qalma müddətinə müvafiq olaraq, 633827  əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib: “Bu ilin doqquz ayında Bakı şəhərində, respublikanın digər  şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərini pozulması ilə bağlı 17076 qərar qəbul edilib”.

 

DMX rəisi qeyd edib ki, hesabat dövründə Xidmətə Azərbaycan ərazisində olma və yaşama icazələrinin alınması, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 66828 müraciət daxil olub: “Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərar qəbul edilib”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
  • sekide cobani ildirim vurub
    Şəkidə çobanı ildırım vurub
sekide cobani ildirim vurub sekide cobani ildirim vurub +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272