Dövlət Miqrasiya Xidmətinin rəisi İndoneziya səfiri ilə görüşüb

dovlet miqrasiya xidmetinin reisi indoneziya sefiri ile gorusub

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov İndoneziya səfiri Hüsnan Bəy Fənani  ilə görüşüb. 

 

DMX mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məqsəd tanışlıq və iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələrin aparılması olub.

 

Xidmət rəisi Azərbaycanla İndoneziya arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, İndoneziya hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, ölkəmizin haqlı mövqeyini dəstəkləyib. V. Hüseynov ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində də yüksək səviyyədə əməkdaşlıq etdiyini vurğulayıb.

 

DMX rəisi Xidmətin fəaliyyət istiqamətləri və miqrasiya prosesləri barədə məlumat verib.

 

Səfir  Hüsnan Bəy Fənani  iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu söyləyib. O, İndoneziya vətəndaşlarının Azərbaycana turist səfərlərinin genişləndirilməsi istiqamətində planlardan danışıb, Bakı-Cakarta aviareysinin açılması məsələsinə toxunub.

 

Görüşdə qarşılıqlı əməkdaşlıq və miqrasiya sahəsində maraq kəsb edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev wilmotte associ s architectes sirketinin icraci direktoru ile gorusub
    Prezident İlham Əliyev “Wilmotte & Associés Architectes” şir...
  • azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub
    Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru i...
azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027