Dövlət orqanlarında daxili nəzarət mövzusunda seminar keçirilib

“Dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda seminar keçirilib. 

 
 
APA-nın xəbərinə görə, seminar Dövlət İmtahan Mərkəzinin (DİM) Avropa İttifaqı (Aİ) ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) birgə təşəbbüsü olan SIGMA (Rəhbərlik və İdarəetmədə Təkmilləşdirməyə Dəstək) proqramı çərçivəsində təşkil olunub.
 
 
Seminarda DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, “2007-ci ildə qəbul edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” ilə nəzərdə tutulmuş tədbirlər çərçivəsində dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyəti təkmilləşdirilib, insanların bu qurumlara birbaşa müraciət etməsi üçün imkanlar yaradılıb: "Daxili nəzarət qurumları dövlət qulluqçularının etik davranışında, korrupsiya hüquq pozmalarının qarşısının alınmasında və vətəndaşlara daha keyfiyyətli xidmətlərin göstərilməsində ən vacib strukturdur".
 

SIGMA proqramının ekspertləri Kaido Paabusk və Dorota Rosinska Azərbaycanda SIGMA alətinin hüquqi çərçivə, dövlət qulluğu və ədliyyə, maliyyə nəzarəti, xarici audit və dövlət satınalmaları sahələrində tətbiq edildiyini qeyd ediblər. 
 

Tədbirdə SIGMA ekspertləri tərəfindən Avropa İttifaqının üzv ölkələrində, o cümlədən Polşanın dövlət qurumlarında daxili nəzarət funksiyalarını həyata keçirən struktur bölmələrin fəaliyyəti barədə beynəlxalq təcrübə təqdim edilib.

 
Qeyd olunub ki, SIGMA proqramı əsasən Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilir. SIGMA-nın əsas vəzifələrindən biri benefisiar ölkənin müraciətinə uyğun olaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində dəstək göstərməkdir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 21 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azmiu nun muellimlerine kembric universitetinin sertifikatlari verilib
    AzMİU-nun müəllimlərinə Kembric Universitetinin sertifikatla...
  • azerbaycan ve serbiya prezidentlerinin genis terkibde gorusu olub
    Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüş...
azerbaycan ve serbiya prezidentlerinin genis terkibde gorusu olub azerbaycan ve serbiya prezidentlerinin genis terkibde gorusu olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273