“Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçirilib

edebiyyat bilicileri musabiqesinin olke merhelesi kecirilib

Bu gün akademik Zərifə Əliyeva adına liseydə “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçirilib.

 

APA-nın xəbərinə görə, müsabiqənin gedişini təhsil nazirinin müavini Firudin Qurbanov və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva müşahidə ediblər.

İştirakçılar bu mərhələdə 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar.

Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Yekunda ölkə mərhələsinin iştirakçıları arasından qaliblər seçilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüləcək, diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

 

“Ədəbiyyat bilicilər” müsabiqəsi 3 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib, onların arasından fərqlənən 5311 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi fevralda yekunlaşdırılıb və bölgələrdən qalib hesab edilən 112 nəfər şagirdin siyahısı ölkə mərhələsində iştirak üçün təqdim olunub. Onlardan 13 nəfəri 8, 20 nəfəri 9, 40 nəfəri 10, 39 nəfəri isə 11-ci sinif şagirdidir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda guclu yagis fesadlar yaradib
    Gürcüstanda güclü yağış fəsadlar yaradıb
  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
sumqayitda ucmertebeli magaza yanib yenilenib sumqayitda ucmertebeli magaza yanib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267