Ekoloji qanunvericiliyə riayət olunması araşdırılıb

ekoloji qanunvericiliye riayet olunmasi arasdirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkədə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

 

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 16-31 yanvarda aparılan araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 190 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 20 müddətli “məcburi göstəriş” verilib.

 

Ümumilikdə, 61 iş üzrə 44050 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 37 iş üzrə 24429,59 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 363 iş üzrə 61379,77 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 21, icra qurumlarına 3 iş göndərilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
  • agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib
    Ağdaşda tərəvəz sahəsində narkotik yetişdirən iki qardaş həb...
agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272