Ekoloji qanunvericiliyi pozan şəxslər haqqında icra qurumları və məhkəmələrə müraciət olunub

ekoloji qanunvericiliyi pozan sexsler haqqinda icra qurumlari ve mehkemelere muraciet olunub

Fevralın ikinci yarısında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

 

Nazirlikdən APA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 130 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 24 müddətli “məcburi göstəriş” verilib. 

 

Ümumilikdə, 53 iş üzrə 68100 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 28 iş üzrə 19128,4manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 371 iş üzrə 50691,31 manat məbləğində ödəmə tətbiq edilib.

 

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 22, icra qurumlarına 16, məhkəmələrə isə 7 iş göndərilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • makedoniyada etirazcilar parlamente basqin ederek muxalifet liderini doyubler
    Makedoniyada etirazçılar parlamentə basqın edərək müxalifət ...
  • qebelede su festivali kecirilib
    Qəbələdə su festivalı keçirilib
qebelede su festivali kecirilib qebelede su festivali kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8566
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ