ETSN Bakıda fəaliyyət göstərən xarici şirkəti məhkəməyə verib

etsn bakida fealiyyet gosteren xarici sirketi mehkemeye verib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Bakı şəhərində reyd keçirilib.

 

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 25 ünvanında fəaliyyət göstərən Tan İnşaat Taahhüt Sənaye və Ticarət Anonim Şirkətinin boya sexində istifadə olunan kimyəvi maddələrin iy-qoxusunun ətrafa yayıldığı müşahidə olunub.

 

Nazirliyin mütəxəssisləri tərəfindən sözügedən ərazinin atmosfer havasından nümunələr götürülərək fiziki-kimyəvi analizlər aparılıb və nümunələrdə zərərli maddələrin miqdarının dəfələrlə çox olduğu müəyyən edilib.

 

Faktla bağlı protokol tərtib olunub və şirkət barəsində hüquqi şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 10 000 manatdan 12500 manat məbləğinədək cərimə qərarı qəbul edilməsi üçün toplanmış sənədlər Xətai Rayon Məhkəməsinə  göndərilib.

 

Atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün şirkətə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:40 17 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nazirlik denizde batmis gencin cesedini xilasedici cixarib
    Nazirlik: "Dənizdə batmış gəncin cəsədini xilasedici çıxarıb...
  • sumqayitda yangin olub
    Sumqayıtda yanğın olub
sumqayitda yangin olub sumqayitda yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273