ETSN balıq ovu qaydalarının pozulması hallarına qarşı keçirib

etsn baliq ovu qaydalarinin pozulmasi hallarina qarsi kecirib

Qaradağ və Salyan rayonları ərazisində Şirvan kanalının Salyan şossesindən Xəzər dənizinə tökülən hissəsində qanunsuz balıq ovu ilə bağlı sosial şəbəkədə həvəskar balıqçılar tərəfindən qaldırılan məsələ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və ekoloji QHT nümayəndələrinin iştirakı ilə yerində araşdırılıb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 31 mart - 4 aprel tarixlərində Qaradağ və Salyan rayonları ərazisində, Şirvan kanalının Salyan şossesindən Xəzər dənizinə tökülən hissəsinədək olan sahəsində reyd keçirilib. İctimaiyyət nümayəndələrinin də iştirak etdiyi reyd zamanı su hövzəsində balıqçı torlarının qurulması və balıq ovlanması faktlarına rast gəlinməyib.

 

Lakin Baş Şirvan Kollektorunun sularında bağlanmış vəziyyətdə 2 ədəd istifadəyə yararsız və 1 ədəd qismən yararlı taxta qayıq aşkar olunub. Eyni zamanda, balıq ovu üçün istifadə olunan ventil və tor alətlərinin quraşdırılması məqsədilə 30 yerdə suyun axınının qarşısının dəmir tros vasitəsi ilə qismən alındığı müəyyən edilib. Balıq ovu alətləri olan 6 ventil və 1 ədəd tor yandırılaraq məhv edilib, su axınının qarşısını alan 30 ədəd dəmir tros kəsilib.                                              

Reyd zamanı dəmir trosların kəsilməsinə etiraz edən naməlum şəxs tərəfindən ETSN-nin əməkdaşlarına müqavimət göstərilib, atılan daşla avtomobilin ön hissəsinə zərər yetirilib. Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 “Qaynar Xətt” xidmətinə məlumat verilib və Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edilib. Ərazi Nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.         

 

Qeyd edək ki, Baş Şirvan Kollektorunun Qaradağ rayonu ərazisindəki hissəsi ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodunun istifadəsindədir və bu kollektorlarda qızıl balıqların və nərəkimilərin artırılması sahəsində vətəgə tipli stansiyalar fəaliyyət göstərir. Oradan mövsümə uyğun olaraq dənizdə, kanalda nərəkimi və digər növ törədici ana balıqların tutularaq zavoda təhvil verilməsi məqsədi ilə istifadə edilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • natiq eliyev bazarda stabilliyin qorunmasi ucun neft hasilati azaldilmalidir
    Natiq Əliyev: "Bazarda stabilliyin qorunması üçün neft hasil...
  • bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir
    Bakıda "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Tic...
bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir bakida xezer ve merkezi asiya neft emali neft kimya ticaret ve logistika forumu kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ