Gəncədə ağac kəsən şəxs 2000 manat cərimə olunub

gencede agac kesen sexs 2000 manat cerime olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. 

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı Gəncə şəhəri, Nizami rayonu, Rüstəm Əliyev küçəsi 1 ünvanında yerləşən yaşayış evinin qarşısındakı sahədə yaş köküstə 2 ədəd əncir ağacının kəsildiyi aşkar edilib. 

 

Araşdırma zamanı ağacların sözügedən ünvanda yaşayan Afət Qənbərova tərəfindən qanunsuz kəsildiyi məlum olub.

Faktla bağlı protokol tərtib edilib. 

İnzibati xəta törətdiyinə görə qanun pozucusu barəsində fiziki şəxs qismində 2000 manat məbləğində cərimə tətbiq olunub, təbiətə dəymiş ziyana görə 600 manat məbləğində iddia qaldırılıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

08:51 18 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • neft ucuzlasib
    Neft ucuzlaşıb
  • nazirlik denizde batmis gencin cesedini xilasedici cixarib
    Nazirlik: "Dənizdə batmış gəncin cəsədini xilasedici çıxarıb...
nazirlik denizde batmis gencin cesedini xilasedici cixarib nazirlik denizde batmis gencin cesedini xilasedici cixarib +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273