Hava əsasən yağmursuz keçəcək, duman olacaq

hava esasen yagmursuz kececek duman olacaq

Bakıda və Abşeron yarımadasında fevralın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 1-4, gündüz 7-10,  Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında fevralın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı  yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • astanada azerbaycan xalq cumhuriyyetinin 100 illik yubileyi qeyd olunub
    Astanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ...
  • fhn bakida restoranda bas vermis yanginla bagli resmi melumat yayib yenilenib 2
    FHN Bakıda restoranda baş vermiş yanğınla bağlı rəsmi məlum...
fhn bakida restoranda bas vermis yanginla bagli resmi melumat yayib yenilenib 2 fhn bakida restoranda bas vermis yanginla bagli resmi melumat yayib yenilenib 2 +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272