Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə Novruz sovqatları paylanılır

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı münasibətilə aztəminatlı ailələrə sovqatlar paylanılır.

 

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edir.

 

Martın 14-dən etibarən Heydər Əliyev Fondunun ezam olunan əməkdaşları regionlar və Bakının rayonlarında ünvanlı sosial yardım alan ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırır, sakinlər təbrik olunur.

 

Qeyd edək ki, öz fəaliyyətində sosial istiqaməti prioritet götürən Heydər Əliyev Fondu qeyri-hökumət təşkilatı olaraq sosial-iqtisadi inkişafa yönəlik dövlət proqramlarına dəstək verərək müxtəlif layihələr həyata keçirir. Fond valideyn himayəsindən məhrum uşaqlar, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə yanaşı, aztəminatlı ailələri də daim diqqətdə saxlayır, onlara müxtəlif bayramlarda, əlamətdar günlərdə baş çəkir.

 

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları, 2017-ci ildə Novruz bayramı münasibəti ilə də respublika üzrə bütün ünvanlı sosial yardım alan ailələrə sovqatlar paylanılmış, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edilmiş, hədiyyələr verilmişdi.

 

Həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının yüksəldilməsinə töhfə verməklə yanaşı, onların qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə aztəminatlı ailələrə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.

 

Heydər Əliyev Fondunun bayram sovqatlarının paylanılması martın 19-dək davam edəcək.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ikimertebeli magazada guclu yangin bas verib
    Sumqayıtda ikimərtəbəli mağazada güclü yanğın baş verib ...
  • goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib
    Göyçayda 700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzal...
goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267