Hüseyn Bağırov Xorvatiyanın Ətraf mühitin mühafizəsi və enerji nazirini qəbul edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Hüseyn Bağırovla Azərbaycanda səfərdə olan Xorvatiya Respublikasının Ətraf Mühitin Mühafizəsi və Enerji naziri Slaven Dobroviç arasında görüş keçirilib.

 

 

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı bioloji müxtəlifliyin qorunması, tullantıların davamlı idarə olunması, meşələrin mühafizəsi və su ehtiyatlarının idarə edilməsi istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Qeyd edək ki, Xorvatiya Respublikasının Ətraf Mühitin Mühafizəsi və Enerji naziri Slaven Dobroviç Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 3-cü Nazirlər iclasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdədir.

 

Xatırladaq  ki, “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında ətraf mühit və təbiətin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” 11 mart 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Xorvatiyaya  rəsmi səfəri zamanı imzalanıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin herbi akademiyasinda buraxilis merasimi olub
    Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi o...
  • qarabag klubu haqqinda cekilen film celsi nin stadionunda teqdim olunub
    “Qarabağ” klubu haqqında çəkilən film “Çelsi”nin stadionund...
qarabag klubu haqqinda cekilen film celsi nin stadionunda teqdim olunub qarabag klubu haqqinda cekilen film celsi nin stadionunda teqdim olunub +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ