Magistratura və rezidenturaya qəbul imtahanında iştirak etmək istəyən 776 nəfər ərizəsini təsdiq etməyib

magistratura ve rezidenturaya qebul imtahaninda istirak etmek isteyen 776 nefer erizesini tesdiq etmeyib

Dövlət İmtahan Mərkəzi (DİM) magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək istəyənlərə müraciət edib.

 

DİM-dən APA-ya verilən xəbərə görə, magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat 22 may saat 23:59-dək davam edəcək.

 

Bu gün saat 17:30-a olan məlumata əsasən, magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün 6540 bakalavr proqram seçimini təsdiq edib. 560 bakalavr elektron ərizəsinə daxil olub proqram seçimi etsə də, ərizəsini təsdiq etməyib. Rezidenturaya qəbul olmaq üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək hüququ olan 665 namizəddən 449 nəfəri imtahanın ikinci mərhələsində iştirakını təsdiq edib.

 

Magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək istəyənlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq etməlidirlər. Ərizələrini təsdiq etməyənlər imtahanların ikinci mərhələsinə buraxılmayacaqlar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev polsa senatinin marsali ile gorusub
    Prezident İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb ...
  • varsavada azerbaycan polsa biznes forumu kecirilib
    Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib
varsavada azerbaycan polsa biznes forumu kecirilib varsavada azerbaycan polsa biznes forumu kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ