Milli Oftalmologiya Mərkəzinin həkimləri görmə problemi olanların müayinəsini keçiriblər

Azərbaycan Gözdən Əlillər Cəmiyyətində Dünya Görmə Günü ilə əlaqədar akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən görmə problemi yaşayan insanların müayinəsi keçirilib. APA-nın xəbərinə görə, gün ərzində davam edəcək aksiya çərçivəsində 150-ə yaxın gözdən əlil vətəndaşın müayinəsi aparılacaq.


Milli Oftalmologiya Mərkəzinin elmi-təşkilat şöbəsinin müdiri Yazgül Abdiyeva bildirib ki, bu gün dövlət səviyyəsində göz xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş çoxlu sayda tədbirlər həyata keçirilir və təşkil olunan aksiya onlardan biridir. Onun sözlərinə görə, dünyada milyonlarla insan korluqdan əziyyət çəkir, hər il dünyada görmə patologiyası 45 minə qədər artır: "Korluq görmə qabiliyyətinin itirilməsidir. Dünyada 300 milyon nəfər görmə patologiyasından, 40 milyondan çox insan korluqdan əziyyət çəkir. Xroniki korluğun əsas səbəbləri katarakta, qlaukoma, gözün torlu qişasındakı sarı ləkənin yaşlanma ilə əlaqədar degenerasiyası, buynuz qişasının patalogiyası, zədə, uşaqlarda anadangəlmə göz xəstəlikləridir. Həmçinin yaşın artması və nəzarət olunmayan şəkər xəstəliyi ilə bağlı korluq da geniş yayılıb. Mütəxəssislərin rəyinə görə, vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür”.


Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev bildirib ki, tədbirin keçirilməsində məqsəd gözdən əlil vətəndaşlara vaxtında tibbi müayinənin göstərilməsi və erkən əlilliyin qarşısının alınmasıdır. Onun sözlərinə görə, Azərbaycanda görmə problemi ilə üzləşən minlərlə insan var: “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bu aksiyanı keçirməkdə məqsədi maarifləndirmə işləri aparmaq və bu xəstəliklə mübarizə yollarını göstərməkdir".

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustandaki neriman nerimanov adina medeniyyet evi ile bagli 15 illik muemma arasdirma
    Gürcüstandakı “Nəriman Nərimanov adına Mədəniyyət Evi” ilə b...
  • qebelede beynelxalq yarisa ve umumrespublika birinciliyine start verilib
    Qəbələdə beynəlxalq yarışa və ümumrespublika birinciliyinə s...
qebelede beynelxalq yarisa ve umumrespublika birinciliyine start verilib qebelede beynelxalq yarisa ve umumrespublika birinciliyine start verilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.981
 
RR
0.0269