Müəllimlərin işə qəbuluna dair elektron xidmətdən istifadə üçün sənəd tələb olunmayacaq

muellimlerin ise qebuluna dair elektron xidmetden istifade ucun sened teleb olunmayacaq

Təhsil Nazirliyi “Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün müraciətin və sənədlərin qəbulu və imtahan nəticələri haqqında məlumat verilməsi elektron xidməti üzrə inzibati reqlament”də dəyişiklik edib.

 

APA-nın məlumatına görə, Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/1 nömrəli qərarı ilə təsdiq edilmiş reqlament nazirliyin“http://www.edu.gov.az/view.php?lang=az&menu=394&id=4411”  elektron ünvanında təqdim etdiyi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə həyata keçirilməsinin təmin edilməsinə dair elektron xidmətlə bağlıdır.

 

İndiyə qədər elektron xidmətdən istifadə etmək üçün təhsil haqqında dövlət sənədi, şəxsiyyət vəsiqəsi və əmək kitabçasının skan edilmiş surəti elektron qaydada təqdim edilməli idi. Dəyişikliyə əsasən elektron xidmətdən istifadə etmək üçün sənəd tələb olunmayacaq.

 

Yeni qayda dekabrdan qüvvədədir. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda dovriyyeye 200 manatliq eskinaslar buraxilir yenilenib
    Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinaslar buraxılır - ...
  • dovlet reklam agentliyi yeni avtomobiller alib
    Dövlət Reklam Agentliyi yeni avtomobillər alıb
dovlet reklam agentliyi yeni avtomobiller alib dovlet reklam agentliyi yeni avtomobiller alib +2
MƏZƏNNƏ
FOREX
/ 23 May, 2018

USD
1.7
 
EUR
2.0001
 
RR
0.0277