Naxçıvanda 120 ədəd silah könüllü olaraq polis orqanlarına təhvil verilib

naxcivanda 120 eded silah konullu olaraq polis orqanlarina tehvil verilib
Keçən il Naxçıvanda qeydə alınan cinayətlərin hamısı açılıb

Keçən il 24 cinayət faktı qeydə alınıb ki, bu da, 2016-cı illə müqayisədə 5 fakt azdır.

 

APA-nın məlumatına görə, bunu bu gün Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyi Kollegiyası iclasında Naxçıvan MR daxili işlər naziri Fazil Ələkbərov bildirib.

 

F. Ələkbərov deyib ki, cinayətlərin açılması isə 100 faiz təşkil edib. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində görülmüş tədbirlər nəticəsində 56.097 qram narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Hesabat dövründə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində hadisələrin qarşısının alınması məqsədilə texniki sistemlərin tətbiqinə geniş yer verilib, davamlı şəkildə profilaktiki tədbirlər həyata keçirilib. Ötən illə müqayisədə qəzaların sayı 7 fakt azalıb. Həmçinin avtomobillərin texniki vəziyyətinə xüsusi fikir verilərək xeyli sayda nasaz avtomaşının istismarına qadağa qoyulub, aşkar olunan 23 min 174 yol hərəkəti əleyhinə olan inzibati xəta üzrə qanunauyğun tədbirlər görülüb.

 

Fazil Ələkbərov əhalidə qanunsuz saxlanılan silahların yığılması istiqamətində həyata keçirilən tədbirləri də diqqətə çatdıraraq bildirib ki, ötən il vətəndaşlar tərəfindən 120 ədəd silah, xeyli sayda döyüş sursatı və hərbi ləvazimat könüllü olaraq polis orqanlarına təhvil verilib. Elektrik enerjisindən və təbii qazdan qanunsuz istifadənin qarşısının alınması, həmçinin təbiəti mühafizə istiqamətində də tədbirlər davam etdirilib. Həyata keçirilən tədbirlər nəticəsində 229 fakt aşkarlanıb və həmin faktlar üzrə 16 min 300 manat məbləğində cərimə tətbiq olunub.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:40 17 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda yangin olub
    Sumqayıtda yanğın olub
  • goygolde avtomobil asib bir nefer xesaret alib
    Göygöldə avtomobil aşıb, bir nəfər xəsarət alıb
goygolde avtomobil asib bir nefer xesaret alib goygolde avtomobil asib bir nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273