“Peşə təhsili haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq

pese tehsili haqqinda qanun layihesi milli meclisde muzakireye cixarilacaq

Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Peşə təhsili haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, komitə sədri İsa Həbibbəyli bildirib ki, layihədə əvvəlki oxunuşda bəzi təkliflər nəzərə alınıb və texniki yeniliklər edilib.

 

O qeyd edib ki, ikinci oxunuşdan sonra layihə üzərində aparılan təkmilləşdirmə işi sənəddə bəzi məqamları daha da dəqiqləşdirib: “Oxşar məqamlar sistemləşdirilib, ümumilikdə layihə hüquqi cəhətdən daha dəqiq ifadə edilib. Hesab edirəm ki, bu layihə Azərbaycanda peşə təhsilinin inkişafına stimul verə biləcək məqamlara şərait yaradacaq”.

 

5 fəsil və 26 maddədən ibarət olan qanun layihəsində özəl və bələdiyyə peşə təhsil müəssisələrinin yaradılması, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verilməsi, peşə təhsilini bitirənlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi, Azərbaycanda Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması və sair məsələlər yer alıb.
 

Çıxış edən deputatlar Bəxtiyar Əliyev, Şəmsəddin HacıyevAsim Mollazadə layihənin üçüncü oxunuşda daha mükəmməl olduğunu bildiriblər.


Layihə üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda guclu yagis fesadlar yaradib
    Gürcüstanda güclü yağış fəsadlar yaradıb
  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
sumqayitda ucmertebeli magaza yanib yenilenib sumqayitda ucmertebeli magaza yanib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267