Azərbaycan Qlobal İnnovasiya İndeksinin “İnnovasiya resursları” subindeksində ən yaxşı nəticə əldə edib

azerbaycan qlobal innovasiya indeksinin innovasiya resurslari subindeksinde en yaxsi netice elde edib

126 ölkəni əhatə edən və Kornel Universitetinin (ABŞ), İNSEAD Biznes məktəbinin (Fransa), Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə nəşri olan Qlobal İnnovasiya İndeksi (Qİİ) – 2018 dərc olunub.

 

Azərbaycan Əqli Mülkiyyət Agentliyindən APA-ya verilən məlumata görə, nəticələrə əsasən, Azərbaycan “İnnovasiya resursları” subindeksində ən yaxşı nəticəni – 26-cı yeri –  4-cü blokda (“Daxili bazarın inkişafı”) əldə etməyi bacarıb.

 

“Daxili bazarın inkişafı” blokunun kəsiyi olan investisiyalar göstəricisində Azərbaycan kifayət qədər yüksək mövqeyə - 3-cü yerə sahib olub, “institutlar” blokunun biznes-mühit göstəricisi üzrə isə ölkə 38-ci yerdə məskunlaşıb.

 

“Universitetlər və sənaye əməkdaşlığı” və “Klaster inkişafı” indikatorları üzrə də Azərbaycan müvafiq olaraq 33 və 34-cü yerləri tutub. 

 

İnnovasiya nəticələri subindeksinin, “Texnologiyaların inkişafı və biliklər iqtisadiyyatı”  blokunun “Biliklərin yayılması” indikatorunda isə Azərbaycan 37-ci yerə yüksəlib.

 

Keçən ilin reytinqi ilə müqayisədə Azərbaycan “İnstitutlar”, “İnsan kapitalı və elm”, “Biznesin inkişafı”, “Texnologiyaların inkişafı və biliklər iqtisadiyyatı” blokları üzrə öz mövqelərini xeyli yaxşılaşdırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:00 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxi sakini hemyerlisinin avtomobilini asirib 3 neferi doyerek xesaret yetirib
    Şamaxı sakini həmyerlisinin avtomobilini aşırıb, 3 nəfəri dö...
  • bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib
    Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının növbəti iclası k...
bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267