Rəhbər vəzifələrə ilk dəfə qəbul olmuş dövlət qulluqçuları üçün seminar keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) və Dövlət İdarəçiliyi üzrə Finlandiya İnstitutunun (HAUS) birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrində müasir liderlik və potensial quruculuğuna dəstək (PADOS II) layihəsi” çərçivəsində rəhbər vəzifələrə ilk dəfə qəbul olmuş dövlət qulluqçuları üçün seminar keçirilib.

 

APA-nın xəbərinə görə, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2018-ci ilin I rübündə dövlət qulluğuna qəbul sahəsində görülmüş işlər, imtahanlar, statistik göstəricilər məlumatlar barədə məlumat verib.

 

Finlandiya Dövlət İdarəçiliyi İnstitutunun Baş direktoru Anneli Temmes bildirib ki, İnstitut 1971-ci ildə dövlət qulluqçuları üçün dövlətə məxsus mərkəzləşmiş təlim agentliyi kimi yaradılıb.

 

Seminarda Finlandiya Maliyyə Nazirliyində maliyyə məsələləri üzrə müşavir Ari Holopainen liderlik keyfiyyətləri, insan resurslarının idarə edilməsi, dövlət qulluğuna kadrların seçimi, dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı Finlandiya təcrübəsini bölüşüb.

 

Seminar müzakirələrlə davam etdirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev wilmotte associ s architectes sirketinin icraci direktoru ile gorusub
    Prezident İlham Əliyev “Wilmotte & Associés Architectes” şir...
  • azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub
    Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru i...
azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027