Rövşən Rzayev Bakıda sanatoriya və qəzalı vəziyyətdə olan inzibati binalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb

rovsen rzayev bakida sanatoriya ve qezali veziyyetde olan inzibati binalarda meskunlasmis mecburi kockunlerle gorusub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 16-da Dövlət Komitəsinin sədr müavinləri ilə birgə Bakının Xəzər rayonunda bir neçə sanatoriya və qəzalı vəziyyətdə olan inzibati binalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

 

Komitədən APA-ya verilən məlumata görə, Rövşən Rzayev məcburi köçkünlərin yaşadıqları yerlərə baş çəkib, onların problemləri ilə yerində tanış olub, sakinlərlə söhbət edib, qayğılarını dinləyib, suallarını cavablandırıb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxladıqlarını vurğulayan Dövlət Komitəsinin sədri bildirib ki, dövlət bu təbəqədən olan vətəndaşlarımıza xüsusi qayğı ilə yanaşır. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən hazırda bir sıra layihələrin icra olunduğunu söyləyən Rövşən Rzayev qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin mənzil problemlərinin həlli istiqamətində addımlar atılacağını qeyd edib.

 

Daha ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin problemlərinin həlli, o cümlədən mənzil məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli və sistemli şəkildə işlər həyata keçirildiyini bildirib. O, digər rayon və şəhərlərdə də məcburi köçkünlərlə bu cür görüşlərin nəzərdə tutulduğunu vurğulayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev wilmotte associ s architectes sirketinin icraci direktoru ile gorusub
    Prezident İlham Əliyev “Wilmotte & Associés Architectes” şir...
  • azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub
    Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru i...
azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027