Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək

sabah azerbaycanda havanin temperaturu 38 dereceyedek yukselecek

Avqustun 13-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 22-25° isti, gündüz 32-37° isti, Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 16 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq
    Azərbaycanda istehsal və ixrac potensialı olan məhsullar üzr...
  • metropoliten c memmedquluzade kucesinde cokmenin sebebini mueyyenlesdirmek ucun is aparilir
    Metropoliten: C.Məmmədquluzadə küçəsində çökmənin səbəbini m...
metropoliten c memmedquluzade kucesinde cokmenin sebebini mueyyenlesdirmek ucun is aparilir metropoliten c memmedquluzade kucesinde cokmenin sebebini mueyyenlesdirmek ucun is aparilir +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272