"Şüuraltı meditasiya" mövzusunda seminar keçirilib

Bu gün Bakıda "Şüuraltı meditasiya" mövzusunda seminar keçirilib.

 

APA-nın məlumatına görə, thetahealing (şüuraltı meditasiya) elmi və texnologiyası 1995-ci ildə Amerikada yaradılıb və dünyanın 15-dən artıq ölkəsində tətbiq edilir.

 

Seminarda çıxış edən tetaçı Xavər Tağızadə deyib ki, bu seminarda bu elmi və texnikanı Azərbaycanda tətbiq etmək məqsədilə Türkiyədən və Rusiyadan ölkəmizə dəvət edilmiş tetahealing mütəxəssislərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və ictimaiyyət nümayəndəliyinin iştirakı ilə təqdimat olacaq.

 

Teta insan beyninin 5 dalğasından biri, healing isə şəfa deməkdir. Məhz bu dalğa sayəsində insan beyni inanılmaz gücə malik olur. Həmin güc vasitəsilə qarşıya çıxan problemlərdən asanlıqla qurtulmaq, hətta ağır xəstəliklərə belə güc gəlmək olur. X. Tağızadə deyib ki, Azərbaycanda indiyə qədər bu sahədə mütəxəssis olmayıb. Türkiyədə bu sahədə kurs keçdiyini və sertifikat aldığını söyləyən X. Tağızadə bu sahədə bacarıqlarını təkmilləşdirdiyini, artıq insanların terapiyası ilə də məşğul olduğunu nəzərə çatdırıb: "0-6 yaşlı uşaqların beyni şüuraltı olaraq mənfi təzahürləri özündə toplayır və insanların yaşı artdıqca problemlər üzə çıxır. Məsələn, bir nəfər mənə dedi ki, atam, babam 50 yaşında rəhmətə gedib, mənim də 49 yaşım var, mən də öləcəyəm. Məsələ ondadır ki, bu genetik məlumatlar hüceyrələrə ötürülür, hüceyrələr də ölümə hazır olur. Biz onun üzərində meditasiya apardıq və bildirdik ki, bu, ata-babalarınızdan gələn qorxudur, siz bu qorxuya qalib gəlməlisiniz. Siz bu qorxuya qalib gəlsəniz, oğlunuz da bu qorxu ilə yaşamayacaq. Biz həmin insanın şüuraltı qorxusunu götürdük. Gələn il onun 50 yaşı olacaq. İnanıram ki, o, uzun ömür yaşayacaq".  

 

X. Tağızadə orta məktəbdə buraxılış imtahanı qabağı stress yaşadığını xatırladıb: “Bu stress də sonrakı illərdə onların səhhətində problemlərə yol açır. Bu uşaqlara imtahandan əvvəl 2-3 seans keçmək lazımdır ki, belə stress yaşamasınlar. Biz orta məktəblərdə bu seansların keçirilməsini təklif edirik”. 

 

Seminar çıxışlarla davam edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267