UNİCEF atalıq məzuniyyətinin təmin edilməsi üçün çağırış edib

unicef ataliq mezuniyyetinin temin edilmesi ucun cagiris edib

UNICEF hökumətləri və işəgötürənləri yeni doğulmuş və körpə uşaqların erkən inkişafının dəstəklənməsində ataların roluna daha çox diqqət ayırmağa dəvət edir.

 

UNİCEF-in Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən xəbərə görə, UNICEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib ki, Azərbaycanda qadınların doğuşundan sonra atalar üçün qanunla 14 təqvim gününədək ödənişsiz məzuniyyət nəzərdə tutulub. Təcrübədə bu cür halların əksəriyyətinə yalnız dövlət sektorunda rast gəlmək olar.

 

E. Karvardinin sözlərinə görə, kişilər öz uşaqlarının erkən inkişafının dəstəklənməsində birmənalı şəkildə iştirak edə bilərlər və iştirak etməlidirlər: "Dünyaya gəldikləri ilk günlərdən ana və ataları ilə qurulan müsbət və mənalı qarşılıqlı əlaqə uşaqların zehni və hərtərəfli inkişafını formalaşdıraraq daha da sağlam və xoşbəxt olmalarına, habelə öyrənmə qabiliyyətinin artırılmasına şərait yaradır.

 

Tədqiqat ehtimal etməyə əsas verir ki, kişilər öz yeni doğulmuş körpələri ilə ilk günlərdən sıx təmasda olduqda onların inkişafında daha fəal rol oynayırlar. Eyni zamanda, tədqiqat göstərir ki, uzunmüddətli perspektivdə uşaqlar öz ataları ilə müsbət xarakter daşıyan qarşılıqlı əlaqədə olduqda, psixoloji cəhətdən daha da sağlam, özünə əmin və həyatdan məmnun olurlar".

 

 

 

E. Karvardin qeyd edib ki, ilk anlardan kişilər öz uşaqlarının yanında olmaq istəyirlər: “Biz işləyən ataların əmək fəaliyyətinə təsir etmədən uşaqları üçün vaxt ayırmağa şərait yaradan siyasətlərin mövcudluğunu təmin etməliyik. Bu baxımdan Azərbaycanda 2-4 yaşlı uşaqlar üçün erkən təhsil və tərbiyə proqramlarına daha çox sərmayə qoymaqla yanaşı dövlət və özəl sektorlarda analıq və atalıq məzuniyyətini və ana südü ilə qidalanmanı nəzərdə tutan siyasətlərin hərtərəfli yerinə yetirilməsi olduqca vacibdir”.

 

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267