Uşaq "Avroviziya"sında Dağlıq Qarabağ separatçılarının bayrağının qaldırılmasının qarşısı alınacaq

usaq avroviziya sinda dagliq qarabag separatcilarinin bayraginin qaldirilmasinin qarsisi alinacaq

Avropa Yayım Birliyi (AYB) “Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2017”də işğal altındakı Dağlıq Qarabağda mövcud olan separatçı rejimin bayrağının qaldırılmasının qarşısını alacaq.


Bu barədə AYB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.


“AYB Avroviziya müsabiqəsinin canlı yayımına maneə yaradan istənilən bayrağı aradan qaldırmaq hüququnu özündə saxlayır. Bura tamaşaçılar üçün təhqir hesab olunan və ya siyasi, kommersiya xarakteri daşıyan istənilən formada bayraqlar daxildir”, - deyə AYB-nin şərhində deyilir.


Qeyd edək ki, “Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2017” noyabrın 26-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək. “Avroviziya” müsabiqəsinin Ermənistan üzrə rəsmi saytında qeyd olunub ki, ölkəni müsabiqədə təmsil edəcək 9 yaşlı Mişa (Mixael Qriqoryan) Stepanakertdə (Xankəndi) Qriboyedov adına 3 saylı məktəbdə təhsil alır və “Artsaxın səsləri” qrupunun fəal üzvüdür.

 

“Avroviziya” müsabiqəsi çərçivəsində Ermənistan təmsilçiləri dəfələrlə separatçı rejimin bayrağını dalğalandırıblar. Bu bayraq müsabiqənin qadağan olunmuş bayraqları siyahısına daxil edilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • banm ve bmt nin unitar teskilati arasinda memorandum imzalanib
    BANM və BMT-nin UNITAR təşkilatı arasında memorandum imzalan...
  • muhendis qosunlarinin telimi kecirilir
    Mühəndis Qoşunlarının təlimi keçirilir
muhendis qosunlarinin telimi kecirilir muhendis qosunlarinin telimi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267