Vəhşi quşu qanunsuz saxlayan istirahət mərkəzinin sahibi cərimələnib

vehsi qusu qanunsuz saxlayan istirahet merkezinin sahibi cerimelenib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı şəhəri, Nərimanov rayon sakini Rahib Yusifli tərəfindən Göygöl rayonunda yerləşən “Ağrıdağ” istirahət mərkəzində vəhşi quşun qanunsuz saxlanılması ilə bağlı şikayət daxil olub.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, şikayət nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

 

“Ağrıdağ” istirahət mərkəzinin ərazisinə keçirilən baxış zamanı qeyri-sərbəst şəraitdə saxlanılan vəhşi sar quşu aşkar edilib.

 

Araşdırma zamanı həmin quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədin olmadığı məlum olub. Faktla bağlı “Ağrıdağ” istirahət mərkəzinin sahibi Şəmşi İsmayılov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 200 manat məbləğində cərimə edilib.

 

Vəhşi quş isə təbiətə buraxılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267