Davosda Azərbaycan və Ukrayna prezidentləri arasında görüş olub - YENİLƏNİB

Davosda Azərbaycan və Ukrayna prezidentləri arasında görüş olub - <span style="color: red;">YENİLƏNİB
# 18 yanvar 2017 19:22 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda Ukrayna prezidenti Petro Poroşenko ilə görüşü olub.

APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

Ukrayna prezidentinin Azərbaycana səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi qeyd olunub. Ölkələrimizin beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyi, daim bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.

İnvestisiya, energetika, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

***

21:07

Yanvarın 18-də Davosda Azərbaycan prezidenti İlham Əliyevin və Ukrayna prezidenti Petro Poroşenkonun görüşü olub.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR