“Koronavirusa yoluxanlar arasında hamilələr də olur”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, bu risklər Operativ Qərargah tərəfindən nəzərə alınır: “Bu günə qədər həmin xəstələr,yəni həm analar, həm hamilələr arasında ağırlaşma olmayıb”.